Almaniya kansleri Olaf Şolts və Polşa prezidenti Anjey Duda iyunun 12-də Parisə gedəcək və orada Fransa lideri Emmanuel Makronla Ukrayna üçün təhlükəsizlik təminatlarını müzakirə edəcəklər.
Azpost.info xəbər verir ki, bu barədə “Politico” yazıb.
“Tərəflər razılığa gəlməli və Ukraynanın əks-hücumu zamanı Rusiyaya güclü siqnal göndərməlidirlər. Əks halda Rusiya qüvvələri təşəbbüsü ələ keçirə biləcək”, – nəşr qeyd edir.
“Hər kəsi qane edən bir həll tapmasaq, vahid qərara gəlməmək riski var və bu, açıq-aydın bizim Rusiyaya verə biləcəyimiz ən böyük hədiyyə olacaq”, – fransız diplomat “Politico”ya bildirib.
Tərəflər həmçinin Avropanın müdafiəsinə dair mövzuları da müzakirə etməyi planlaşdırırlar.
Azpost.info
