Somalidə hərbi bazanın yaxınlığında partlayış törədilib, 8 əsgər ölüb

Somalinin paytaxtı Moqadişoda terror aktı törədilib.

APA-nın “Associated Press”ə istinadən verdiyi xəbərə görə, paytaxtda hərbi bazanın yaxınlığında avtomobil partladılıb.

Hadisə nəticəsində ən azı 8 əsgər ölüb, 14 nəfər yaralanıb.

Məlumata görə, “12 aprel” hərbi briqadasının bazası əsas hədəf kimi seçilib. Hadisə yerinə polis və xilasedicilər cəlb olunub.

Ölənlərin sayının artması ehtimal olunur.

Qeyd edək ki, Somalidəki “Əl-Şabab” terror qruplaşması tez-tez Moqadişodakı hərbi bazaları hədəf alır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Sabaha olan hava proqnozu

Sonrakı məqalə

Zərdabda ad günü məclisi təşkil edənlər saxlanılıb