Son 1 ayda Kliniki Tibbi Mərkəzə dəm qazından zəhərlənmə ilə 30 nəfər qəbul olunub

27 Noyabr 2020 - 15:47

“Son bir ayda dəm qazından zəhərlənmə ilə bağlı Kliniki Tibbi Mərkəzə 30 nəfər müraciət edib”.

Bunu APA-ya açıqlamasında Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, Baş toksikoloq Azər Maqsudov deyib.

Onun sözlərinə görə, onlardan 4-ü azyaşlı olmaqla, 22 nəfəri qadındır. Toksikoloq qeyd edib ki, zəhərlənmə nəticəsində ölüm halı qeydə alınmayıb.