Azərbaycanda məktəblərin 90 faizdən çoxu təmirlidir. Hər bir məktəbdə tədris şəraitinin yaradılması Elm və Təhsil Nazirliyinin qarşısında duran məqsəddir.
Bunu jurnalistlərə müsahibəsində elm və təhsil naziri Emin Əmrullayev deyib. Onun sözlərinə görə, son 5 ildə modul məktəblər də daxil olmaqla 550-dən artıq məktəb yenidən tikilib, əsaslı təmir olunub.
“Nəzərə alaq ki, illər ötdükcə, əvvəl tikilmiş məktəblər də köhnəlir. Bu, daimi prosesdir. Bu gün 10 məktəbdən 9-u yararlı vəziyyətdədir”, – deyə nazir qeyd edib.