Son beş ayda nə qədər adam evlənib və boşanıb? –

Dövlət Statistika Komitəsi
16 İyul 2020 - 11:22

Bu ilin yanvar-may ayları ərzində qeydiyyat şöbələri tərəfindən 15 334 nikaha daxilolma və 5 788 boşanma halları qeydə alınıb.

Bu barədə “Report”a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Qeyd olunub ki, əhalinin hər 1 000 nəfərinə nikahların sayı 3,7, boşanmaların sayı isə 1,4 olub.