Son beş ildə 200 cinayətkar Azərbaycana ekstradisiya edilib

Ötən beş il ərzində 200 nəfərdən çox cinayətkar şəxslərin Azərbaycana ekstradisiyası təmin olunub.

Azpost.info bildirir ki, bu barədə Ədliyyə Nazirliyinin yaydığı məlumatda bildirlir.

“Cinayətkar şəxslər Azərbaycana gətirilərkən tranzit dövlətlərin razılığının alınması üçün nazirlik tərəfindən qısa müddətdə zəruri tədbirlər görülür. Bu baxımdan qardaş Türkiyənin ölkəmizə böyük dəstəyi xüsusi qeyd olunmalıdır”.

Məlumatda deyilir ki, müxtəlif dövlətlərlə ikitərəfli sazişlər və müqavilələr, Avropa, habelə MDB çərçivəsində çoxtərəfli konvensiyalar üzrə ekstradisiya və digər sahələrdə səmərəli qarşılıqlı fəaliyyət həyata keçirilir.

Ədliyyə Nazirliyi tərəfindən qlobal pandemiya əlaqədar ekstradisiya sorğularının elektron qaydada qəbul olunması və baxılması təmin edilir. Ötən il beynəlxalq axtarışda olan adam oğurluğu, dələduzluq və rəsmi sənədlərin saxtalaşdırılması kimi cinayət əməllərində təqsirləndirilən şəxslərin Almaniya, Bosniya və Herseqovina, Türkiyə, Əlcəzair və digər dövlətlərdən ölkəmizə ekstradisiyasına nail olunub.

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Siyasi sığınacaqla bağlı sənədləri saxtalaşdırmaqda ittiham olunan şəxs Almaniyadan Azərbaycana gətirilib

Sonrakı məqalə

İtkin kimi axtarılan Cəmilə Türkiyədə tapıldı –