Siyasi sığınacaqla bağlı sənədləri saxtalaşdırmaqda ittiham olunan şəxs Almaniyadan Azərbaycana gətirilib

Rəsmi sənədlərin saxtalaşdırılması kimi cinayət əməllərində təqsirləndirilən Azərbaycan vətəndaşı Almaniyadan ekstradisiyası təmin edilib.

Azpost.info bildirir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.

Xarici dövlətlərdə qeyri-qanuni fəaliyyətlə məşğul olaraq müxtəlif şəxslər üçün qanunsuz yollarla siyasi sığınacaq əldə etmək məqsədilə həmin ölkələrin dövlət qurumlarını aldatmaqla rəsmi sənədlərin saxtalaşdırılması kimi cinayət əməllərində təqsirləndirilən Azərbaycan vətəndaşının Almaniyadan ekstradisiyası təmin edilib”.

Həmin şəxs nazirliyin əməkdaşların müşayiəti ilə bu gün ölkəmizə gətirilib.

Açıqlamada deyilir ki, Ədliyyə Nazirliyi tərəfindən qlobal pandemiya əlaqədar ekstradisiya sorğularının elektron qaydada qəbul olunması və baxılması təmin edilir. Ötən il beynəlxalq axtarışda olan adam oğurluğu, dələduzluq və rəsmi sənədlərin saxtalaşdırılması kimi cinayət əməllərində təqsirləndirilən şəxslərin Almaniya, Bosniya və Herseqovina, Türkiyə, Əlcəzair və digər dövlətlərdən ölkəmizə ekstradisiyasına nail olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Britaniyalılar Yelizavetadan sonra şahzadə Uilyamı kral görmək istəyirlər

Sonrakı məqalə

Son beş ildə 200 cinayətkar Azərbaycana ekstradisiya edilib