Son bir həftə ərzində koronavirusa yoluxma sayı rekord vurub –

ÜST rəqəmləri açıqladı
04 Noyabr 2020 - 09:14

“Dünyada son bir həftə ərzində koronavirusa yoluxma sayında rekord yenilənib – 3.3 milyon artım”.

RİA Novosti-nin verdiyi xəbərə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatında bildirilib. Noyabrın 1-nə olan məlumata görə, dünyada, təxminən 46 milyon yeni virusa yoluxma qeydə alınıb. Ölüm sayı 1,2 milyon göstərilib.

Sonra 24 saat ərzində 535 928 nəfərdə yoluxma aşkarlanıb.  Ən çox yoluxma hadisəsi yenə də Avropa bölgəsində (1,7 milyon) olub. Xatırladaq ki, əvvəlki rekord 19-26 oktyabr həftəsində qeydə alınmışdı.