“Son dərəcə mənfi nəticələri olar!”- Rusiyadan Ermənistana XƏBƏRDARLIQ

“Moskva BCM-nin Rusiya rəhbərliyinə qarşı son qanunsuz və hüquqi cəhətdən etibarsız “orderləri” fonunda rəsmi İrəvanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna qoşulmaq planlarını tamamilə qəbuledilməz hesab edir”.

Azpost.info xəbər verir ki, bu barədə TASS-a Rusiya Xarici İşlər Nazirliyindəki mənbə deyib.

Mənbə bildirib ki, Rusiya hakimiyyəti Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna qoşulmasını qəbuledilməz hesab edir.

“Belə bir qərarın Moskva ilə münasibətlər üçün son dərəcə mənfi nəticələri barədə İrəvana artıq xəbərdarlıq edilib”, – mənbə qeyd edib.

Azpost.info

 

Əvvəlki məqalə

Bayden İlham Əliyevi təbrik etdi –

Sonrakı məqalə

İsrail qalmaqallı qanunun qəbulunu yaya qədər təxirə saldı