Son sutka ərzində dünyada 11 mindən çox insan koronavirusdan ölüb –

ÜST
26 Yanvar 2021 - 10:49

Dünyada koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı 98 milyon 794 min 942 nəfər təşkil edib.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.

Məlumata görə, pandemiya ərzində dünyada koronavirusdan ümumilikdə 2 milyon 124 min 193 insan həyatını itirib.

Dünyada COVID-19-a yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı bir gün ərzində 514 min 98 nəfər olub. Son sutkada 11 min 434 pasiyent infeksiyadan həyatını itirib.