Son sutkada 1763 nəfər COVID-19-a yoluxub, 20 nəfər ölüb

20 Noyabr 2021 - 17:19

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 763 yeni yoluxma faktı qeydə alınıb, 2 499 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 20 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 572 085 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 535 674 nəfər müalicə olunaraq sağalıb, 7 599 nəfər vəfat edib, aktiv xəstə sayı 28 812 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 271, ötən müddət ərzində isə ümumilikdə 5 431 440 test aparılıb.