Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 334 yeni yoluxma faktı qeydə alınıb, 2 092 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 25 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 556 430 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 518 105 nəfər müalicə olunaraq sağalıb, 7 397 nəfər vəfat edib, aktiv xəstə sayı 30928 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 193, ötən müddət ərzində isə ümumilikdə 5 334 410 test aparılıb.