“Son terrorçu məhv edilməyənə qədər dayanmayacağıq”- ƏRDOĞAN

Hazırda “Pəncə” əməliyyatı bölgəsində və Suriyanın şimalında 12 terrorçu zərərsizləşdirilib.

Azpost.info xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə lideri İraqın şimalında türk əsgərlərinin həlak olması ilə bağlı başsağlığı verib və onların ölümünün cavabsız qalmadığını bildirib: “Separatçılar tökülən qanlara görə cavab verdilər və bundan sonra da cavab verəcəklər. Hazırda “Pəncə” əməliyyatı bölgəsində və Suriyanın şimalında 12 terrorçu zərərsizləşdirilib”.

Ərdoğan qeyd edib ki, Türkiyə terrorun aradan qaldırılması və kökünün kəsilməsinə yönəlmiş strategiyanı qətiyyətlə həyata keçirməyə davam edəcək və son terrorçu məhv edilməyənə qədər dayanmayacaq.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.