“Sosial mediada koronavirus barədə yayılan yalan məlumatlar bizə mane olur” –Ümumdünya Səhiyyə Təşkilatı

Ümumdünya Səhiyyə Təşkilatı sosial mediada yeni koronavirus barədə yayılan yalan məlumatların epidemiya ilə mübarizə səylərinə mane olduğuna dair xəbərdarlıq edib.

Bu günə qədər bu sürətlə yayılan xəstəliyə 20 mindən çox insan yoluxub və xəstəlik nəticəsində azı 427 nəfər ölüb. Səhiyyə rəsmilərinin dediyinə görə, xəstəlik epidemiyası sürətlə məlumat epidemiyası yarada bilər. “Bu qeyri-adi hal deyil” – deyə, onlar izah edir, belə ki, başlanğıcda xəstəliyin mahiyyəti və yaratdığı risklər haqqında çox az məlumat var idi.

“Təəssüf ki, cavab axtarışları çox vaxt səhv məlumatlar və zərərli şayiələrə gətirib çıxarır”, onlar bildirir. Silvi Brayand Ümumdünya Səhiyyə Təşkilatının Qlobal İnfeksiya Təhlükəsinə Hazırlıq bölməsinin direktorudur. O, sosial mediada yayılan yalan məlumatlar və şayələrlə öhdəsindən gəlməyin çətin olduğunu deyir.

“Bir neçə əsr bundan əvvəl də bu fenomen mövcud idi. Lakin o dövrdə heç bir sosial media yox idi və məlumat yayılsa da, indikindən daha yavaş yayılırdı. İndi məlumatlar çox sürətlə yayılır və dərhal dünyanın hər yerinə çatır. Bunun qarşısını almaq çox çətindir” – deyə, Brayand bildirir.

Ümumdünya Səhiyyə Təşkilatı `SOS Alert` adlı yeni bir layihəyə başlamış Google-la ilə bir araya gəlib. Bu sistem insanlara koronavirus haqqında vacib və düzgün məlumatları əldə etməyə imkan verir. Twitter, Facebook və Tiktok da daxil olmaqla, digər sosial media platformalarının da yanlış məlumatların yayılmasını məhdudlaşdırmaq üçün addımlar atdığı bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ərdoğan virusdan qorunmağın yolunu dedi:

Sonrakı məqalə

Bakıda polis rəisi işdən azad edilib –