Soydaşlarımız Fransada Ermənistanın təxribatları ilə bağlı şüarlar yayıb

Müxtəlif ölkələrdə yaşayan soydaşlarımız işğalçı Ermənistan ordusunun ölkəmizə qarşı təxribatları ilə bağlı dünya ictimaiyyətinin məlumatlandırılması və həqiqətlərin dünyaya bəyan edilməsi istiqamətində davamlı işlər aparır.

Xaricdə yaşayan azərbaycanlılar tərəfindən dəyirmi masaların keçirilməsi, bəyanatların ünvanlanması, məktub kampaniyası, mətbuat konfransı və s. üsullarla həqiqətlər beynəlxalq ictimaiyyətə təqdim edilir və dünyaya ermənistanın işğalçılıq siyasətinin dayandırılmasına təsir etməklə bağlı çağırışlar edilir.

Növbəti belə bir aksiya Fransanın Tuluz və Montoban şəhərlərində keçirilib. Bu dəfə soydaşlarımız şəhərin küçələrinə, dayanacaqlara və ümumilikdə insanların daha çox olduğu yerlərə fransız dilində “Azərbaycan ədalət tələb edir!” və “Ermənistanın təcavüzünü dayandırın” kimi şüarlar yapışdırıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ali məktəblərə daxil olanların qeydiyyatı oktyabrın 14-dək uzadılıb

Sonrakı məqalə

“Ümid edirik ki, humanitar atəşkəsə bütün tərəflər tam əməl edəcək” –