Şoyqu ilə Pentaqon rəhbəri nəyi müzakirə edib? –Telefon danışığının detalları

Rusiya Müdafiə Nazirliyi Sergey Şoyqu ilə Pentaqon rəhbəri Lloyd Ostin arasında telefon danışığının təfərrüatlarını açıqlayıb.

Şoyqu amerikalı həmkarına Qara dənizdə dronun suya düşməsi ilə bağlı insidentin səbəbinin ABŞ-ın Rusiya Federasiyası tərəfindən xüsusi hərbi əməliyyatın keçirilməsi ilə bağlı elan etdiyi uçuşların məhdudlaşdırılması zonasına əməl etməməsi olub. Bundan başqa, Şoyqu Ostinə ABŞ-ın kəşfiyyat fəaliyyətinin gücləndirilməsi kimi hərəkətlərinin Rusiyanın maraqlarına zidd olduğunu söyləyib.

“Rusiyalı nazir qeyd edib ki, Amerika PUA-sının Krım sahillərində uçuşları təxribat xarakteri daşıyır və Qara dəniz zonasında eskalasiya üçün ilkin şərtlər yaradır.

Rusiya Federasiyası hadisələrin bu cür inkişafında maraqlı deyil, lakin bütün təxribatlara mütənasib şəkildə cavab verməyə davam edəcək”, – deyə Rusiya MN-nin yaydığı məlumatda bildirilib.

Əvvəlki məqalə

Tələbə müalicə aldığı xəstəxanada intihar etdi –

Sonrakı məqalə

Rüfət Səfərova küçədə zorakılıq edən şəxs saxlanılıb