Tələbə müalicə aldığı xəstəxanada intihar etdi –FOTO

Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi müalicə olunduğu xəstəxanada intihar edib.

Bu barədə APA-ya Universitetdən xəbər verilib.

“Təəssüf hissi ilə bildiririk ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai təhsil fakültəsinin III kurs tələbəsi Gülşən Abbaslı uzun sürən onkoloji xəstəlikdən sonra müalicə aldığı xəstəxanada intihar edərək dünyasını dəyişib”- məlumatda bildirilib.

Bakıda uzun sürən xəstəlikdən intihar edən tələbə Qax rayon sakinidir.

Gülşən Fəzamir oğlu Abbaslı 2002-ci ildə rayonun Turaclı kəndində anadan olub. Onun qan xərçəngi xəstəliyindən əziyyət çəkdiyi bildirilir. Xəstəliyə dözə bilməyən G. Abbaslı bu gün səhər saatlarında müalicə aldığı xəstəxana binasının üçüncü mərtəbəsindən özünü ataraq intihar edib.

G. Abbaslının nəşi axşam saatlarında ailəsinə təhvil verilib və o, sabah doğulduğu kənddə dəfn ediləcək.

Əvvəlki məqalə

Prezident İlham Əliyev Ərdoğanla görüşüb

Sonrakı məqalə

Şoyqu ilə Pentaqon rəhbəri nəyi müzakirə edib? –