Şoyqu Mariupolun tam nəzarətə götürüldüyünü bəyan edib –Putinə məruzə olundu

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Mariupolu tam nəzarətə götürdüklərini açıqlayıb.

Azpost.info bildirir ki, Şoyqu Prezident Vladimir Putinə Mariupolun azad edilməsi ilə bağlı məruzə edib.

Onun sözlərinə görə, lakin “Azovstal” kombinatı ərazisində 2 min ukraynalı döyüşçü qalmaqdadır.

Rusiya prezidenti Vladimir Putin Kremldə bununla bağlı müdafiə naziri Sergey Şoyqunu qəbul edib. Görüşün əvvəlində Şoyqu Ukraynanın demilitarizasiyası və denazifikasiyası üzrə keçirilən xüsusi əməliyyatın gedişi barədə məruzə edəcəyini bildirib. Mariupoldakı vəziyyət barədə danışan nazir şəhərin azad edildiyini vurğulayıb. Putin də öz növbəsində şəhərin azad edilməsi istiqamətində aparılan döyüş işlərinin başa çatdırılmasını uğurlu adlandırıb, həmçinin burada iştirak edən hərbçilərin dövlət mükafatlarına təqdim olunmasını tapşırıb.

Azpost.info

 

 

Əvvəlki məqalə

SOCAR dənizdə təhlükəsizlik tədbirlərini gücləndirib

Sonrakı məqalə

Putin “Azovstal” kombinatına hücum əmrini ləğv edib