SOCAR dənizdə təhlükəsizlik tədbirlərini gücləndirib

Respublika ərazisində hava şəraitinin kəskin dəyişməsi, küləkli, qeyri-sabit keçməsi ilə əlaqədar olaraq SOCAR-ın “Azneft” İstehsalat Birliyinin dənizdəki istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib.

Bu barədə SOCAR-dan bildirilib.

Məlumata görə, təhlükəli işlərin görülməsi məhdudlaşdırılıb, əmək normaları çərçivəsində insan sağlamlığının qorunması üçün müvafiq tədbirlər görülüb.

“Bununla yanaşı, bütün sahələrdə maarifləndirmə işləri aparılır, mövcud vəziyyət nəzarət altındadır”, – məlumatda qeyd olunub.

Əvvəlki məqalə

Türkiyə Ukraynanın təhlükəsizlik qarantı olmağa hazırdır –

Sonrakı məqalə

Şoyqu Mariupolun tam nəzarətə götürüldüyünü bəyan edib –