Şoyqunun birinci müavini Timur İvanovun işi üzrə dindirilib

Rusiya müdafiə nazirinin həbsdə olan müavini Timur İvanovun işi üzrə Sergey Şoyqunun birinci müavini Ruslan Tsalikov dindirilib.

Azpost.info xəbər verir ki, bu barədə rusiyalı jurnalist Kseniya Sobçak Telegram kanalında məlumat verib.

Tsalikov Rusiya Silahlı Qüvvələrinin mənzil təminatı, qoşunların yerləşdirilməsi və əmlakın idarə edilməsi məsələlərini həll edir. O, həmçinin əsaslı tikinti, maliyyə və hərbi qulluqçular üçün ipotekaya nəzarət edir.

Sobçak xatırladıb ki, İvanov “Olimpsitistro” təşkilatının həmtəsisçisi Aleksandr Fominlə məxfi münasibətdə olub.

İşdə iştirak edən üçüncü şəxs – Sergey Borodin Rusiya Müdafiə Nazirliyinin yüksək rütbəli məmurlarının evlərini tikən “Lipki” şirkətinin rəhbəridir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.