“Sözümüz yoxdur…”- İsraill HƏMAS-la bağlı bəyanatından sonra BMT Baş katibini istefaya çağırdı

“HƏMAS yaraqlılarının İsrailə hücumu ilə bağlı dediklərindən sonra BMT Baş katibi Antonio Quterreş istefa verməlidir”.

Azpost.info xəbər verir ki, bunu İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdan deyib.

“Uşaqların, qadınların və qocaların qətliamına dözən baş katib BMT-yə rəhbərlik etməyə yaraşmaz. Mən onu dərhal istefaya çağırıram. Sadəcə olaraq sözümüz yoxdur”, – Erdan X sosial şəbəkəsində yazıb.

Öz növbəsində, İsrail Xarici İşlər Nazirliyi Quterreşin istefası çağırışını dəstəkləyib və nazir Koen BMT Baş katibi ilə planlaşdırılan görüşü ləğv edib.

Qalmaqala Quterreşin təşkilatın Təhlükəsizlik Şurasının iclasında dediyi sözlər səbəb olub. Quterreş xüsusilə qeyd edib ki, HƏMAS-ın oktyabrın 7-də İsrailə hücumu dəhşətlidir, lakin səbəbsiz deyil.

“Fələstin xalqı 56 ildir boğucu işğala məruz qalıb. Onlar öz torpaqlarının davamlı şəkildə zorakılıqla tükəndiyini gördülər. Onların iqtisadiyyatı boğulur, insanları didərgin salınır, evləri sökülür. Onların öz ağır vəziyyətlərinin siyasi həllinə olan ümidləri sönməkdədir. Qəzzanın bombalanması və blokadası Fələstin xalqının kollektiv cəzası olub və beynəlxalq hüququ pozur”, – BMT Baş katibi bildirib.

Quterreş Qəzzadakı əzablara son qoymaq üçün İsraili atəşi dayandırmağa çağırıb.

Azpost.info

Əvvəlki məqalə

Qəzzadakı xəstəxananı kim vurub: İsrail, yoxsa HƏMAS?

Sonrakı məqalə

Ötən il doğulan uşaqlar arasında cins nisbəti hər 100 qıza 112 oğlan olub