Spiker Alen Simonyan Rusiyaya qarşı ittihamlar səsləndirib

ABŞ dövlət katibinin köməkçisinin İrəvana səfəri ərəfəsində Ermənistan parlamentinin spikeri Alen Simonyan Rusiyanın ünvanına bir sıra ittihamlar səsləndirib.

Spiker rəsmi Moskvanı ölkəsinə verdiyi vədləri yerinə yetirməməkdə günahlandırıb.

“Ermənistan son ana qədər uşaq saflığı ilə inanırdı ki, Rusiya onu və erməni xalqını yalqız qoymayacaq”, o qeyd edib.

Simonyan KTMT ilə bağlı məsələyə də münasibət bildirib: “Qoy KTMT son 2-3 ildə götürdüyü öhdəlikləri yerinə yetirsin, daha sonra isə maliyyə öhdəliklərimizdən danışsın”.

Qeyd edək ki, ABŞ dövlət katibinin köməkçisi Ceyms O’Brayen 10-12 iyun tarixləri arasında Ermənistana səfər edəcək.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.