“Spotify” xidməti müharibəni dəstəkləyən rus ifaçıların səhifələrini silib

“Spotify” musiqi xidməti Ukraynadakı müharibəni dəstəkləyən bir neçə rus ifaçının səhifələrini silib.

Azpost.info xəbər verir ki, bu barədə “Rodnoy Zvuk” teleqram kanalı yazıb.

“Kartlardakı bütün mahnılar yoxa çıxıb, bəzi hesablar isə hətta axtarıla bilməz”, – kanal bildirib.

“Qara siyahı”ya düşənlər arasında Şaman, Çiçerina, Polina Qaqarina, Qriqori Leps, Oleq Qazmanov və Lyube qrupu da var. Onların hamısı əvvəllər Aİ sanksiyalarına məruz qalıb: İyunun sonunda Şaman və Qaqarina, 2022-ci ilin dekabrında Leps, 2022-ci ilin oktyabrında Çiçerina, Qazmanov və Lyube lideri Nikolay Rastorquev.

Azpost.info

Əvvəlki məqalə

İyulda hava necə olacaq?

Sonrakı məqalə

Laçında yeni film çəkiləcək