“Ssenaridə Bolduinin atəş açması ilə bağlı epizod yoxdur” –

Faciəvi filmin ssenari müəllifi aktyoru məhkəməyə verdi
18 Noyabr 2021 - 16:48
Çəkilişi zamanı quruluşçu operatorun həlak olduğu  və rejissorun yaralandığı qalmaqallı “Rast” filminin ssenari müəllifi Memi Mitçell Hollivud aktyoru Alek Bolduini və prodüserləri məhkəməyə verib. 
Azpost.info bildirir ki, Mitçell iddiasında edib ki, filmin ssenarisində Bolduinin oynadığı qəhrəmanın silahdan atəş açması barədə heç bir epizod yoxdur.
Mitçell bildirib ki, kilsədə çəkilən həmin faciə ilə nəticələnmiş epizodda kinokamera 3 rakursdan çəkməli idi: Birincidə Bolduinin üzü görünməli, ikinci rakursda çiynində qan ləkəsi, üçüncüdə isə tapançanı çıxarmaq üçün əlini qobura atdığı məqam əks olunmalı idi.
Mitçell deyib ki, Bolduin atəş açmaqla “rus ruletkası”nı oynayıb.
Ssenari müəllifinin vəkili Qloriya Ollerd Bolduinin və filmin prodüsserlərinin hərəkətini məsuliyyətsizlik adlandırıb və təhlükəsizlik protokolunu pozmaqda ittiham edib.
Aktyor və prodüsserlər hələki bu ittihama cavab verməyiblər.
Qeyd edək ki, çəkiliş zamanı Alek Bolduinin butafor tapanaçadan atəş açıb. Nəticədə quruluşçu operator Qalina Xatçins ölüb, rejissor Coel Souza yaralanıb.
Adətən atəş effekti üçün filmin çəkilişi zamanı belə tapançalara gülləsiz boş patronlar qoyulur. Amma silaha həqiqi güllənin necə qoyulması naməlum qalır.
Hazırda bununla bağlı araşdırma aparılır.