“SSRİ dağılandan sonra ABŞ elə bilir istədiyini edə bilər” –

medvedyev

Medvedev ABŞ-ın rəqiblərini açıqladı

“Birləşmiş Ştatlar rəqibsiz olduğunu düşünməklə yanılır. Rusiya, Çin və Hindistan var. Birqütblü dünyanın sonu gəlib”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev RİA-Novosti-yə müsahibəsində deyib. “Onlar artıq rəqiblərinin olmadığını hesab edirdilər. Aydındır ki, beynəlxalq münasibətlərdə yeni qütblər formalaşacaq”, – Medvedev bildirib.

O, əlavə ki, ABŞ özünü beynəlxalq hüquq kontekstindən kənarda görür: “SSRİ-nin dağılmasından sonra ABŞ özünü qalib və yeganə faydalanan tərəf hesab edirdi. Buna görə də, onlar əmindirlər ki, hər kəsi mühakimə edə, qərar qəbul edə və istədiklərini edə bilərlər”.

Azpost.info