Yaponiya Xarici İşlər Nazirliyi Rusiyaya qarşı yeni sanksiyaları elan edib.
Azpost.info xəbər verir ki, sanksiyalar çərçivəsində 25 rusiyalı və 81 təşkilata qarşı məhdudiyyətlər tətbiq edilib. “Vneşekonom Bank”ın sədri İqor Şuvalov, “Severstal”ın baş direktoru Aleksey Mordaşov, “Rossiya” bankının səhmdarı Nikolay Şamalov və onların ailə üzvləri sanksiyalara məruz qalıblar. Siyahıda həmçinin Rusiya Prezident Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenko, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, prezident Putinin mətbuat katibi Dmitri Peskov, sahibkarlar Arkadi və Boris Rotenberqlər də var.
Azpost.info