“SSRİ-ni Qarabağ dağıtdı” deyən RSFSR Ali Sovetinin sabiq sədri Ruslan Xasbulatov öldü

Rusiya Sovet Federativ Sosialist Respublikası Ali Sovetinin (RSFSR) sonuncu sədri Ruslan Xasbulatov 80 yaşında dünyasını dəyişib.

Bu barədə “Kommersant” qəzeti onun yaxınlarına istinadən məlumat yayıb.

Xasbulatovun ölüm səbəbi açıqlanmır. Dəfn mərasimi Çeçenistanda keçiriləcək.

Qeyd edək ki, Ruslan Xasbulatov 1942-ci ildə Qroznıda anadan olub.

Ruslan Xasbulatov 1990-cı illərin əvəvlərində Rusiya siyasətinin mühüm fiqurlarından olub. RSFSR Ali Sovetinin sədri kimi 1993-cü ildə prezident Yeltsinə qarşı çıxış edib. Oktaybr ayında qiyama cəhdi yatırıldıqdan sonra həbs edilib, daha sonra azad edilib.

2019-cu ildə verdiyi son müsahibəsində Xasbulatov Ermənistanı SSRİ-ni dağıtmaqda ittiham etmişdi.

“Ermənistan Dağlıq Qarabağ uğrunda Azərbaycana qarşı müharibəyə başlamaqla SSRİ-yə ölümcül zərbə vurdu. Ermənistanın Qarabağa iddia etməyə heç bir hüququ yox idi”-deyə Xasbulatov demişdi.

 

Əvvəlki məqalə

Tovuz sakini özünü qatarın altına atdı, intihar etdi

Sonrakı məqalə

İran prezidentinin Türkiyəyə səfəri gözlənilir