SSRİ-nin “Olimpiya ayısı” obrazının müəllifi ölüb –

FOTO
21 İyul 2020 - 09:35

Olimpiya ayısı” obrazının müəllifi, rusiyalı karikaturaçı Viktor Çizikov ölüb.

Bu barədə “112” “Telegram” kanalı məlumat verib.

Bildirilir ki, o, son bir neçə ildə ağır xəstəliklə mübarizə aparıb. Sənətçi bu səhər Moskva xəstəxanalarından birində vəfat edib.

Viktor Aleksandroviç 84 yaşında idi.