SSRİ-nin rəhbəri olmuş Nikita Xruşşovun oğlu vəfat edib

Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin sabiq birinci katibi Nikita Xruşşovun oğlu Sergey Xruşşov dünyasını dəyişib.

Bu barədə “Report” Rusiya mətbuatına istinadən xəbər verir.

Qeyd edilir ki, o, 85 yaşında ABŞ-da vəfat edib. S.Xruşşovun ölümünün səbəbləri açıqlanmır.

S.Xruşşov sovet, Amerika və Rusiya publisisti idi. O, “soyuq müharibə”nin tarixi üzrə mühazirələrin oxunması üçün ABŞ-ın Braun Universitetinə dəvət edilmişdi. S.Xruşşov həmçinin Braun Universitetinin Tomas Uotson Beynəlxalq Tədqiqatları İnstitutunun professoru kimi işləyirdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Sabiq xarici iqtisadi əlaqələr naziri Əli İnsanovun müavini seçildi

Sonrakı məqalə

Dünyada COVID-19-a yoluxanların sayı 8,5 milyonu ötüb