Sovet generalı Stanislav Petrovun yaşadığı mənzildə meyiti tapılıb.
Azpost.info -nun məlumatına görə, TASS tibb xidmətindəki mənbəyə istinadən xəbər verir ki, sovet hərbi rəhbəri general-polkovnik Stanislav Petrov ağır xəstəlikdən sonra mənzilində vəfat edib.
Agentliyin mənbəyi bildirib ki, 87 yaşlı Stanislav Petrovun cəsədi Serafimoviç küçəsindəki yaşayış binasında tapılıb. O, son vaxtlar ağır xəstə idi.
Petrov SSRİ-də kimyəvi müdafiə qoşunlarının qurucularından biri olub. O, 1959-cu ildən bu bölmələrdə xidmət edib və Çernobıl nüvə qəzasından sonra təmizləmə işlərində iştirak edib.
General-polkovnik SSRİ-nin kimyəvi müdafiə qoşunlarının sonuncu komandanı və Rusiyanın radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının ilk rəisi olub. Petrov hərbi elmlər doktoru adını daşıyırdı və 1991-ci ildə Lenin mükafatına layiq görülüb.