Stalin, Bağırov və 74 il əvvəl Bakıya yağan qar –1946-cı ilin unikal kinoxronikası (VİDEO)

Azərbaycan Kinematoqrafçılar İttifaqı özünün youtube kanalında 74 il əvvəl Bakıya yağmış qarla bağlı çəkilmiş unikal kadrları yerləşdirib.

Kinoxronikada yağan qar, Nizami adına Ədəbiyyat Muzeyinin qarşısında oynayan uşaqlar, şəhərin digər yerləri əks olunub.

1946-cı ildə İkinci dünya müharibəsi cəmi 8 ay idi sona çatmışdı. SSRİ müharibədə qalib gəlmiş, bu müharibədə Azərbaycan özünün 300 min vətəndaşını itirimişdi.

1946-cı il Azərbaycanın adı yenicə yaradılmış BMT-nin ilk iclasının əsas məsələsinə çevrilmişdi. İranda elan olunmuş Azərbaycan Milli Hökümətinə qarşı beynəlxalq təzyiq Sovet İttifaqını Pişəvəri hökümətinə dəstək verməkdən imtina eməyə məcbur etmişdi. 20 yanvar 1946-cı ildə BMT-nin Təhlükəsizlik Şurası SSRİ və İranı münaqişəni həll etməyə çağırmışdı. Nəticədə Sovet İttifaqı ordusunu İrandan çıxarmağa məcbur oldu.

1946-cı ildə “Arşın mal alan” filminə görə, rejissor Rza Təhmasib, N.Leşenko, bəstəkar Üzeyir Hacıbəyov, aktyorlar Rəşid Behbudov, Leyla Bədirbəyli, A.Hüseynzadə, M.Kələntərli, L.Abdullayev  SSRİ-nin Dövlət mükafatını almışdılar.

1946-cı ildə mühairbədən çıxımış Azərbaycan xalqı öz yaralarını sağaltmaq və cəbhədən geri dönüməmiş 100 minlərlə əzizinə yas saxlayır, gələcəyə ümidlə baxmağa çalışırdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ermənilər Qarabağda kamikadze dronun sınağını keçiriblər –

Sonrakı məqalə

“İran Suriyada 30 milyard dollar xərcləyib” –