Stoltenberq Ərdoğanın andiçmə mərasimində iştirak edəcək

NATO Baş katibi Yens Stoltenberq yenidən Türkiyə prezidenti seçilən Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak etmək üçün iyunun 3-də Ankaraya səfər edəcək.

Azpost.info xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti məlumat yayıb.

“NATO Baş katibi Yens Stoltenberq prezident Ərdoğanın andiçmə mərasimində iştirak etmək üçün şənbə günü Ankaraya gələcək”, – məlumatda deyilir.

Alyans Baş katibinin Türkiyə paytaxtına səfəri ilə bağlı digər təfərrüatlar hələlik açıqlanmayıb. Stoltenberqin Ankarada görüşəcəyi siyasətçilərlə hansı mövzuları müzakirə edəcəyi barədə də məlumat yoxdur.

Azpost.info

Əvvəlki məqalə

Rusiyanın Kaluqa və Smolensk rayonlarına PUA-lar hucum edib – 

Sonrakı məqalə

“Uşaq pulu verilməsi müzakirə olunmur” –