“İsrail hakimiyyətinin Qəzza zolağına su təchizatını dayandırmaq qərarı ərazidə kəskin içməli su çatışmazlığına səbəb olacaq”.
Azpost.info xəbər verir ki, bunu BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya İdarəsinin sözçüsü Yens Laerke Cenevrədə keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, qərar artıq 610 min insana təsir edib.
“İsrail hakimiyyəti Qəzzaya su təchizatını dayandırmaq qərarına gəlib. Bu qərar Qəzzada 610 mindən çox insanı əhatə edir və içməli su çatışmazlığına səbəb olacaq”, – Laerke deyib.
Azpost.info