“Sülh müqaviləsi bağlansa, Ukrayna öz ərazilərini geri ala biləcək”- Türkiyə prezidenti

“Rusiya ilə sülh müqaviləsi bağlanacağı təqdirdə, Ukrayna öz ərazilərini geri ala biləcək”.

Azpost.info xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan PBS telekanalına müsahibəsində deyib.

“Əgər biz Ukraynada sülhün bərqərar olmasını istəyiriksə, təbii ki, ərazilərin ölkəyə qaytarılması həqiqətən vacib məqam olacaq. Gözlənilən budur”, – Ərdoğan bildirib.

Eyni zamanda, o əlavə edib ki, vəziyyəti həll etmək üçün münaqişənin bütün tərəflərini tam qane edəcək variantlar axtarmaq lazımdır. Ərdoğan Rusiya prezidenti Vladimir Putin, Ukrayna prezidenti Vladimir Zelenski və Birləşmiş Millətlər Təşkilatı ilə daimi əlaqədə olduğunu xatırladıb.

Azpost.info

Əvvəlki məqalə

Təhsil fəaliyyəti ilə bağlı bir sıra vasitələr gömrük rüsumundan azad ediləcək

Sonrakı məqalə

Daha iki siyasi partiya ofislə təmin olunub