Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

“Sülh sazişi hazırdır, Ukrayna ərazi güzəştinə razı olmur” –

User 13 Sentyabr 2026 - 11:10 (Last updated: 13 Sentyabr 2026 - 10:55)
putin kusner gorus

Ukraynada müharibənin başa çatdırılması ilə bağlı danışıqlar Kiyevin Rusiyanın tələb etdiyi ərazilər üzrə güzəştlərə razı olmaq istəməməsi səbəbindən dalana dirənib.

Bu barədə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Cared Kuşner sentyabrın 12-də Kiyevdə keçirilən illik YES forumunda çıxışı zamanı bildirib.

Məlumatı “Ukrainskaya Pravda” yayıb.

Kuşnerin sözlərinə görə, Vaşinqton sülh sazişinin əsas hissəsini artıq hazırlayıb, lakin Ukraynanın ərazi məsələsi üzrə şərtlərlə razılaşmaması sənədin imzalanmasını ləngidir.

“Prezident Putin nəyə nail olmaq istədiyini və xəttini müəyyənləşdirib. Əgər Ukrayna bu xəttə qədər geri çəkilməyə razı olsaydı, sazişin qalan hissəsi artıq hazır olardı. Lakin Ukrayna hazırda bunu etmək istəmir”, – Kuşner deyib.

Onun sözlərinə görə, ABŞ vasitəçilərinin əsas vəzifəsi Ukraynanın mövqeyinə zidd olmayan, eyni zamanda münaqişənin başa çatmasına imkan verəcək və gələcəkdə onun yenidən başlamasının qarşısını alacaq “kreativ həll” tapmaqdır.

Kuşner bildirib ki, ərazi məsələsi cəbhədəki vəziyyət nəzərə alınmaqla həll edilməlidir. Vasitəçilərin vəzifələrindən birinin münaqişənin dondurulmasına imkan verəcək variant tapmaq olduğunu deyib.

Moskva və Kiyevin mövqeyindən danışan Kuşner hər iki tərəfin “çox ağrı çəkdiyini” və müharibəni başa çatdırmaq əzmi nümayiş etdirdiyini bildirib.

Onun sözlərinə görə, Rusiya hazırda mümkün nizamlanma variantını müzakirə etməyə hazır olduğunu bildirir, Ukrayna Prezidenti Volodimir Zelenski də münaqişənin başa çatdırılmasına köklənib.

“Sadəcə olaraq hamını qane edəcək düzgün formul tapmalıyıq”, – amerikalı nümayəndə bildirib.

Kuşner Kiyevə tez-tez gəlmək istəmir

Kuşner çıxışında Rusiyanın münaqişəyə başlamasına görə məsuliyyət məsələsinə demək olar ki, toxunmayıb. O, əsas diqqəti döyüşlərin dayandırılması və müharibədən sonrakı iqtisadi inkişaf perspektivlərinə yönəldib.

O, müharibə başa çatdıqdan sonra biznes maraqlarına və iqtisadi rifaha daha çox diqqət yetirilməsini təklif edib.

Kuşnerin Kiyevdə çıxışı zamanı Rusiyanın növbəti hücumu ilə əlaqədar hava hücumu siqnalı verilib.

ABŞ nümayəndəsindən Ukraynaya dəstək göstərmək və hava zərbələrinin dayandırılmasına yardım etmək üçün Kiyevə mütəmadi səfərlər edib-etməyəcəyi soruşulub.

Kuşner isə məsafədən işləməyə üstünlük verdiyini bildirib:

“Biz nümayişkaranə diplomatiyanın tərəfdarı deyilik. Lazım olanı telefonla və ya Zoom vasitəsilə edirik. Mən sülh bərqərar olanda gəlmək istərdim”.

ABŞ danışıqları yaxınlaşdırmağa çalışır

Sentyabrın 6-da ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff Kiyev və Moskvaya səfər edən Amerika nümayəndə heyətinin məqsədinin tərəflərin mövqelərini yaxınlaşdırmaq olduğunu bildirib.

Həmin gün Zelenski üç raund danışıqlar keçirildiyini və onların məzmunlu olduğunu açıqlayıb. Onun sözlərinə görə, görüşlərdə müharibənin başa çatdırılmasının mümkün parametrləri və Ukraynaya qısamüddətli dəstək məsələləri müzakirə edilib.

Kuşner daha əvvəl Ukraynada müharibənin qışa qədər başa çatmasının zəmanət altında olmadığını bildirsə də, ABŞ tərəfinin bu məqsədə nail olmaq üçün şərait yaratmaq üzərində işlədiyini söyləyib.

AzPost.az

Post navigation

Previous: Putin ilə Zelenski arasında görüş qeyri-mümkündür –
Next: Pezeşkian ABŞ-ı ittiham etdi:

Oxşar xəbərlər

tramp erdoqan gorus
  • Dünya

Ərdoğan Trampla telefonla danışdı – Regional prosesləri müzakirə etdilər

User 28 Oktyabr 2026 - 23:21
xerson surasi
  • Dünya

Rusiya və Ukrayna minaları təmizləməyə başlayıb – Melani Trampdan açıqlama

User 28 Oktyabr 2026 - 21:16
qaz nəqli
  • Dünya

Avropa İttifaqından Rusiya qazı ilə bağlı qəti qərar – Sülh sazişi də vəziyyəti dəyişməyəcək

User 28 Oktyabr 2026 - 20:14

xƏBƏR

tramp erdoqan gorus
  • Dünya

Ərdoğan Trampla telefonla danışdı – Regional prosesləri müzakirə etdilər

User 28 Oktyabr 2026 - 23:21
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampla telefon danışığı aparıb. Bu barədə Türkiyə Prezident Administrasiyası...
Read more about Ərdoğan Trampla telefonla danışdı – Regional prosesləri müzakirə etdilər
İlham Əliyev İspaniyada qatar qəzası ilə bağlı başsağlığı verib ilham aliyev
  • Siyasət

İlham Əliyev İspaniyada qatar qəzası ilə bağlı başsağlığı verib

User 28 Oktyabr 2026 - 22:44
Yuxuya getməyi asanlaşdıran 5 qida – Yatmazdan əvvəl bunları yeyin yuxu yat
  • Maraqlı

Yuxuya getməyi asanlaşdıran 5 qida – Yatmazdan əvvəl bunları yeyin

User 28 Oktyabr 2026 - 22:24
Bakıda məktəbdə çəkiliş edən jurnalistlər zorakılığa məruz qalıb – VİDEO dava
  • Sosial

Bakıda məktəbdə çəkiliş edən jurnalistlər zorakılığa məruz qalıb – VİDEO

User 28 Oktyabr 2026 - 22:05
Rusiya və Ukrayna minaları təmizləməyə başlayıb – Melani Trampdan açıqlama xerson surasi
  • Dünya

Rusiya və Ukrayna minaları təmizləməyə başlayıb – Melani Trampdan açıqlama

User 28 Oktyabr 2026 - 21:16
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.