“Sülh sazişi ilə bağlı danışıqlarda bir sıra razılaşmalar əldə olunub” –Ermənistan XİN başçısı

“Sülh müqaviləsinin imzalanması ilə bağlı danışıqlarda biz artıq bir sıra razılaşmalara nail olmuşuq”.

Azpost.info bildirir ki, bu sözləri aprelin 6-da İctimai Televiziyaya müsahibəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan sülh müqaviləsi barədə danışarkən deyib.

Nazir həmçinin qeyd edib ki, bir neçə məsələ üzrə tərəflərin fikirləri üst-üstə düşmür: “Bizim Cənubi Qafqazda uzunmüddətli sülhün bərqərar olması üçün tarixi imkanımız var. Ermənistan sülh gündəminə sadiqdir və danışıqlarda bütün məsələlərə konstruktiv yanaşır. Sülh müqaviləsinin imzalanması ilə bağlı danışıqlar zamanı biz artıq bir sıra qarşılıqlı razılaşmalara nail olmuşuq”.

Mirzoyan bildirib ki, yaxın gələcəkdə fərqli məsələlər üzrə də dərin anlaşma əldə edə biləcəkərinə ümid edirlər.

Demarkasiya və delimitasiya ilə bağlı işlərə gəlincə, Mirzoyan bildirib ki, bu, ayrıca prosesdir. İşçi heyəti görüşlər keçirilib və hazırda stol üzərində müzakirə üçün bir neçə variant var: “Ola bilsin ki, yaxın vaxtlarda irəliləyiş əldə olunsun”-deyə Mirzoyan vurğulayıb.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.