“Sülhməramlılar Azərbaycan ordusunun baş qərargahı ilə daim əlaqə saxlayır” –

Rusiya Müdafiə Nazirliyi
22 Noyabr 2021 - 10:23

“Sülhməramlı kontingent cavabdeh olduğu ərazidə mümkün insidentlərlə bağlı xəbərdarlıq səylərini koordinasiya etmək üçün Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin baş qərargahları ilə daimi qarşılıqlı əlaqə saxlayır”.

Azpost.info bildirir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Açıqlamada bildirilir ki, sülhməramlılar gecə-gündüz vəziyyətin monitoriniqini aparır və Laçın dəhlizi boyu 27 postda atəşkəs rejiminin təmin olunmasına nəzarət edir.