Sülhməramlılar Qarakənddə modul şəhərcik qurdular

11 Yanvar 2021 - 10:08

Rusiya sülhməramlıları Dağlıq Qarabağın Qarakənd yaşayış məskənində növbəti modul şəhərciyi qurublar.

Azpost.info bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

60 nəfərlik modul şəhərcikdə lazım olan bütün komfort şərait qurulub.

Bundan əvvəl belə şəhərciklər Xankəndində və Ağdərənin Getavan kəndində qurulub.