Sülhməramlılar Şuşada hərbçilərimizin postuna qumbara atmış terrorçu Noyrar Mirzoyanı ermənilərə təhvil veriblər.
Azpost.info bildirir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb. Terrorçu hazırda Xankəndində saxlanılır.
Qeyd edək ki, bu səhər baş vermiş insident nəticəsində Azərbaycan hərbçiləri yaralanıb. Baş Prokurorluq bununla bağlı cinayət işi açıb.