Sülhməramlıların komandanının müavini:

“Dağlıq Qarabağda atəşkəsə tam riayət olunur”
19 Noyabr 2020 - 12:44

Dağlıq Qarabağda atəşkəs rejiminə tam riayət olunur.

“RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə jurnalistlərə Dağlıq Qarabağda yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin komandanının müavini polkovnik Aleksey Polyuxoviç bildirib.

Onun sözlərinə görə, sülhməramlı qüvvələr ştat rejimdə öz vəzifələrini icra edirlər.

Polkovnik qeyd edib ki, postlarda vəziyyətdə sakitdir.