Sülhməramlıların dörd yük avtomobili Laçın yolundan keçib

Laçın-Xankəndi yolunda təşkil olunan aksiyanın 40-cı günündə də Rusiya sülhməramlılarına məxsus avtomobillər aksiya ərazisindən maneəsiz keçirlər.

AZƏRTAC xəbər verir ki, sülhməramlılara məxsus 4 yük avtomobilinin Xankəndidən Laçın istiqamətinə sərbəst hərəkətinə şərait yaradılıb.

Bu bir daha onu göstərir ki, ərazidə hərəkətin sərbəstliyi mütəmadi olaraq təmin olunur. Heç də siyasi xarakter daşımayan aksiya humanitar məqsədlərə xidmət edir.

Qeyd edək ki, Ermənistan mətbuatında yayılan və etirazçıların guya Laçın-Xankəndi yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.

Əvvəlki məqalə

Türkiyənin Şuşada konsulluğu nə zaman açılacaq?

Sonrakı məqalə

Avstraliyada 3 kiloqram çəkisi olan nəhəng qurbağa tapılıb –