Türkiyənin Şuşada konsulluğu nə zaman açılacaq?

“Diplomatik nümayəndəliyin açılması uzun prosesdir, hansı ki, parlamentdə müzakirələrdən keçməlidir və sonra hökumət yekun qərar verməlidir. Bu niyyət haqqında artıq bildirilib”.

Bu barədə açıqlamasında Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov “Türkiyənin Şuşada Baş konsulluğu nə zaman açılacaq?” sualına cavab olaraq bildirib.

“Türkiyə ilə münasibətlərimiz elə səviyyədədir ki, tək Bakı, Gəncə və Naxçıvan yox, Azərbaycanın bütün bölgələrində Türkiyənin diplomatik nümayəndəliklərinin açılması təbii haldır”, – səfir vurğulayıb. (APA)

Əvvəlki məqalə

Aİ Ermənistana yeni missiya göndərmək barədə qərar qəbul edəcək

Sonrakı məqalə

Sülhməramlıların dörd yük avtomobili Laçın yolundan keçib