Sülhməramlıların üç avtomobili Laçına yola salınıb

Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidə maneəsiz hərəkət edirlər.

Xankəndindən Laçın istiqamətinə doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus üç minik avtomobilinin aksiya ərazisindən maneəsiz keçidinə şərait yaradılıb.

Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər. Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır. (Azərtac)

Əvvəlki məqalə

Feminist fəalların Fəvvarələr meydanında aksiya ilə bağlı müraciətinə cavab verilib

Sonrakı məqalə

Astarada meşədə baş vermiş yanğınlar söndürülüb