Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Rusiya sülhməramlıları öz bazaları ərazisində faşizm üzərində qələbənin 76-cı ildönümünü qeyd ediblər.
Azpost.info bildirir ki, 450 sülhməramlı hərbçi təntənəli mitinqdə iştirak edib. Sülhməramlıların komandanı Rüstəm Muradov hərbçilərin qarşısında çıxış edərək təbrik nitqi söyləyib. Düzülüşdən sonra əsgərlər Rusiya müdafiə naziri Sergey Şoyqunun video ilə təbrikinə baxıblar.