“Zirə” – “Qəbələ” oyununda qalib müəyyənləşməyib

Mayın 9-da futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI turun daha bir oyunu keçirilib.

Zirə İdman Kompleksinin stadionunda təşkil olunmuş qarşılaşmada “Zirə” və “Qəbələ” komandaları üz-üzə gəlib.

Oyun qolsuz heç-heçə ilə yekunlaşıb. Bununla da hər iki komandanın qələbəsiz ardıcıl oyunlarının sayı 9-a çatıb.

Hazırda “Zirə” 35 xalla 4-cü, “Qəbələ” 25 xalla 6-cı pillədə qərarlaşıb.

Qeyd edək ki, turun ilk oyun günündə “Sumqayıt” səfərdə “Keşlə”ni 1:0, “Neftçi” “Səbail”i 4:0 hesabı ilə yenib. Tura saat 20:15-də başlanacaq “Sabah” – “Qarabağ” matçı ilə yekun vurulacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Sülhməramlılar Qarabağda Qələbə günü ilə bağlı mitinq keçirib-

Sonrakı məqalə

Fotoxronika: Naxçıvan,10 may 1993-cü il –