Sum və Poltava vilayətlərində elektrik təchizatı tam bərpa olunub

Rusiya ordusunun bu günkü raket zərbələrindən sonra Sum və Poltava vilayətlərində elektrik təchizatı tam bərpa olunub.

Azpost.info bildirir ki, bu barədə Sum vilayəti hərbi administrasiyasının sədri Dmitri Jivitski Telegram-da yazıb.

Onun sözlərinə görə, şəbəkədə cəryan sabitliyində gərginlik üzündən kəsilmələr ola bilər.

Poltava vilayətinin hərbi administrasiyasının rəhbəri Dmitri Lunin də bildirib ki, vilayətin bütün rayonlarında işıq və su bərpa edilib. Hazırda energetiklər gərginlik dərəcəsini sabitləşdirməklə məşğuldurlar.

Qeyd edək ki, sentyabrın 11-də, bazar günü axşam Rusiya ordusu Ukraynanın ən böyük enerji stansiyası olan Xarkov İstilik-Elektrik Stansiyasına (İES) raketlə zərbə endirib.

Nəticədə Xarkov və Donetsk vilayətində enerji tam kəsilib. Zaporojye, Dneprpetrovsk və Sum vilayətləri qismən işıqsız qalıb.

Əvvəlki məqalə

Rusiya Ukraynanın ən böyük elektrik stansiyasını raketlə vurdu –

Sonrakı məqalə

“Ukrayna ordusu düşməni şimalda, cənubda və şərqdə qovur” –