Sumqayıt şəhər bələdiyyəsinin sədri istefa verib

Sumqayıt şəhər bələdiyyəsinin sədri Sultan Əsədov vəzifəsindən istefa verib.

64 yaşlı S. Əsədov istefa ərizəsi yazıb.

O, 2016-cı ilin aprel ayından Sumqayıt bələdiyyəsinə sədrlik edirdi. S. Əsədovdan əvvəlki sədr olan Əbülfəz Babayev də istefa verərək vəzifəsindən getmişdi.

Sədr vəzifəsi müvəqqəti olaraq bələdiyyənin sədr müavini Sərviz Süleymanova tapşırılıb.

Qeyd edək ki, Sumqayıt şəhər bələdiyyəsinin 19 üzvü var. Onlardan biri, sədr müavini olan Musa Həsənov bu yaxınlarda koronavirusdan dünyasını dəyişib. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Şeyxülislam Allahşükür Paşazadə və dini icma rəhbərləri Şəhidlər Xiyabanını ziyarət edib –

Sonrakı məqalə

30 ildən sonra ilk dəfə Şuşada 20 Yanvar Şəhidlərinin anım mərasimi keçirilib –