Sumqayıtda 18 yaşlı oğlan dənizdə batıb

27 İyul 2020 - 12:45

Sumqayıtda 18 yaşlı oğlan dənizdə batıb.  

Sumqayıt şəhər sakini, 2002-ci il təvəllüdlü Məmmədzadə Tərlan Məznun oğlu Xəzər dənizinin Corat sahilində çimərkən boğulub. Onun cəsədi sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir. (APA)