Sumqayıtda itkin düşən 13 yaşlı uşaq tapılıb

13 Noyabr 2021 - 22:55

Sumqayıtda bu gün itkin düşən 13 yaşlı yeniyetmə tapılıb.

Bu barədə APA-ya itkin düşən Elcan Quliyevin atası Elmar Quliyev məlumat verib.

E. Quliyev deyib ki, Səbail Rayon Polis İdarəsindən zəng edərək oğlunun Bakıda Dənizkənarı Bulvar ərazisində aşkar olunduğu bildirilib: “Hazırda uşağı təhvil almaq üçün polis idarəsinə gedirik.”

Bu gün Sumqayıt şəhəri, 12-ci kvartal adlanan ərazidə 13 yaşlı Quliyev Elcan Elmar oğlunun itkin düşməsi ilə bağlı polisə məlumat daxil olub.