Suriyada keçiriləcək prezident seçkilərinin vaxtı açıqlanıb.
“RİA Novosti” xəbər verir ki, Suriya Xalq Şurası (Parlamenti) seçkilərin mayın 26-da keçirilməsi barədə qərar qəbul edib.
Respublikadan kənarda yaşayan Suriya vətəndaşları üçün isə seçkilər mayın 20-də ölkənin xaricdəki diplomatik nümayəndəliklərində keçiriləcək.
Seçkilərə qatılmaq istəyən namizədlər aprelin 19-dan seçki orqanlarına müraciət edə bilərlər.